Dünən, iyunun 24-də “İnter Mayami”nin argentinalı kapitanı, veteran ulduz hücumçu Lionel Messi 38 yaşını qeyd edib.
Arena.az məlumat veir ki, “Çelsi”nin və Ekvador yığmasının 23 yaşlı dayaq yarımmüafiəçisi Moyses Kaysedo “Leo”nun doğum gününü istehza ilə təbrik edərək, “şitlik etmək” qərarına gəlib.
Kaysedo Argentina və Ekvador yığmaları arasında keçirilmiş oyundan məqamı özünün sosial şəbəkə hesabları üzrəindən dərc edərək, “Doğum günün mübarək, Lionel Messi” ifadəsi ilə tamamlayıb.
Şəkildə “Leo” topa nəzarət edən Kaysedonun əzəmətli mənzərəsində ot örrtüyü üzərində kəllə-mayallaq təsvir edilib. Şəklə sosial şəbəkə istifadəçiləri tərəfindən qəhqəhə smaylları ilə qarşılıq verilib.
