Tədbir Ağstafa Rayon İcra Hakimiyyəti və “Dialoq və İnkişaf Naminə” İctimai birliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə RİH başçısı aparatının inzibati binasında keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himnin səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Seymur Orucov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın mədəni-tarixi irsi olan Qərbi Azərbaycan torpaqlarına əzəli və əbədi dədə-baba yurduna qayıtmaq niyyətində qətiyyətlidir. Bu qayıdış haqq davamızın yeni səhifəsidir və bu səhifə müasir Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı ölkəmizin rəhbərinin əzmi və qətiyyəti ilə yazılacaqdır. “Dialoq və İnkişaf Naminə” İctimai birliyinin sədri Çingiz Bayramov, idarə heyətinin üzvü Anar Əsədov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin müdiri Əziz Məsmalıyev və Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Qərbi Azərbaycana qayıdış milli kimliyimizin, tarixi yaddaşımızın qorunması və ədalətin bərpası baxımından xüsusi önəm daşıyır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta