AZ

Lökbatanda qətl törədən şəxsə hökm oxunub

Lökbatanda qəsdən adam öldürməkdə təqsirləndirilən Məzahir Bayramovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

News365.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Məzahir Bayramov 10 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin mart ayında Lökbatan qəsəəbəsində baş verib. Məzahir Bayramov şəxsi münasibətlər zəminində tanışı İlham Haqverdiyevi qətlə yetirib. Ona Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb. 

Seçilən
33
4
news365.az

5Mənbələr