Bakı. Trend:
Bu gün İtaliyanın Kaorle şəhərində yeniyetmələr arasında (U-15)güləş üzrə Avropa çempionatına start verilib.
Trend xəbər verirki, ilk yarış günündə sərbəst güləş üzrə bütün çəkilərdə finalçılarmüəyyənləşib. 6 güləşçimiz finala vəsiqə qazanıb.
38 kq
Sərxan Musayev kosovolu Adis Berişa (10:0) və rusiyalı RamazanŞadovu (7:4) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda sonsaniyələrdə gürcüstanlı Luka Dotiaşviliyə məğlub olub – 8:11.
Onunla eyni çəkidə çıxış edən Cavanşir Süleymanov macarıstanlıElian Veq (12:1), bolqarıstanlı David Petrov (10:0) və gürcüstanlıLuka Dotiaşviliyə (7:4) qalib gələrək finala yüksəlib. Cavanşirfinalda rusiyalı Abdulla Almazovla güləşəcək.
41 kq
Hüseyn Rzazadə rusiyalı İmran Bakayevə 11:4, fransalı SoslanQuyqolayevə “tuş”la və ukraynalı Volodimir Boykoya 8:2 hesabıylaqalib gələrək finala adlayıb. Hüseyn həlledici görüşdə rusiyalıNikita Kondraşovla qarşılaşacaq.
44 kq
İbrahim Həsənov ukraynalı Taras Petruka (10:0), Ermənistangüləşçilərinə Narek Dallakyanla (10:0) Aren Piruzyana (5:0),yarımfinalda isə israilli Tamir Şirməmmədova (10:0) heç bir şanstanımayıb. İbrahim titulunu qorumaq üçün finalda rusiyalı KirillKondraşovu üstələməlidir.
48 kq
Əkbər Əsgərov slovakiyalı Mario Pihikə (10:0), kosovolu HarunŞipkoviçaya (12:0), belçikalı Muslim Xatsiyevə (11:0) və rusiyalıİslam Qurbanova (14:4) tam üstünlüklə qalib gələrək finala vəsiqəqazanıb. Əkbər finalda rusiyalı Amir Daurovla güləşəcək.
Bu çəkidəki digər təmsilçimiz Tunar Sultanzadə irlandiyalıAllbert Pikulski (12:2), türkiyəli Muhammed Qolha (tuş) vəukraynalı Boqdan Kazakovu (10:0) yarışdan kənarlaşdırıb.Yarımfinalda rusiyalı Amir Daurovla bacarmayan (0:11) həmyerlimizümidini bürünc medala bağlayıb.
52 kq
Yusif Hüseynov ilk mərhələdə rusiyalı Kazmanbet Batırova uduzub –4:6.
57 kq
Elcan Həsənov gürcüstanlı Nikoloz Barataşvili (3:0), moldovalıViktor Veverita (10:0) və türkiyəli Osman Kazımoğlunu (7:4)xalçadan məyus yola salıb. Ancaq finalın bir addımlığındaermənistanlı Erik Papikyana uduzub – 0:7.
Onun çəki yoldaşı Muraz Hüseynov da eyni aqibəti yaşayıb.Təmsilçimiz yarımfinaladək macarıstanlı Donat Mora (tuş), belarusluStanislav Piatrov (14:4) və bolqarıstanlı Xristo Yanaçkov (8:2)üzərində inamlı qələbələr qazansa da, finalın bir addımlığındaermənistanlı Tiqran Kolotyan (5:5) keçilməz olub. Hər ikigüləşçimiz 3-cü yer uğrunda mübarizə aparacaq.
62 kq
Məhəmməd Həsənli makedoniyalı Dariyan Pavlevə 7:2, estoniyalı RainTiqasa 15:4 və ukraynalı Oleksandr Kulikə 10:0 hesabıyla qalibgələrək adını finala yazdırıb. Məhəmməd qızıl medal üçün rumıniyalıİstvan Naqiylə güləşəcək.
68 kq
Xəyal Şükürlü yunanıstanlı Konstantinos MixaiIidisə (10:0),slovakiyalı Aleks Jaksikə (10:0) və ukraynalı İqor Klinduxa (12:1)vaxtından əvvəl qalib gəlsə də, yarımfinalda rusiyalı MuslimBalqayevə 0:4 hesabıyla məğlub olub.
75 kq
Elvin Necəfzadə italiyalı Qabriele Miçeliyə tam üstünlüklə (12:2)qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Giorgi Qoqiberidzeyə 8:12hesabıyla uduzub.
85 kq
Elgün Kərimli rumıniyalı Draqos Margineantunu (10:0), rusiyalıAxmad Laypanovu (10:0) və türkiyəli Mehmet Bozkurtu (13:2)vaxtından əvvəl üstələyib. Elgün finalda gürcüstanlı Mate Onianiilə güləşəcək.
Medallar uğrunda qarşılaşmalar sabah keçiriləcək.