AZ

Azərbaycan dənizçiləri peşə bayramlarını qeyd edirlər

Bakı. Trend:

25 iyun – Dənizçi Günü münasibətilə Dövlət Dəniz və LimanAgentliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Lider HeydərƏliyevin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələriqoyublar.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə bildirilib ki, dənizçilərtərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanımƏliyevanın da xatirəsi ehtiramla yad edilib.

Sonra Şəhidlər Xiyabanına gələn ziyarətçilər Azərbaycanınmüstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarındankeçən qəhrəman Vətən övladlarının, o cümlədən I Qarabağmüharibəsində şəhid olan dənizçilərin xatirəsini ehtiramla yadedib, məzarları üzərinə gül dəstələri düzüblər.

Ölkəmizdə 25 iyun tarixi Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Sərəncamı ilə Dənizçi Günü peşə bayramı təsisolunub. Hazırda Azərbaycanın sürətli inkişafında dənizçilərinxüsusi əməyi var. Onlar həm yükdaşımalarda, həm də dənizdə neft-qazhasilatında mühüm rol oynayırlar. Həmçinin Xəzərdən kənar sulardaAzərbaycan bayrağı ilə üzən dənizçilərimiz daim ölkəmizi qürurlatəmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafındamühüm rol oynayırlar.

Seçilən
20
3
az.trend.az

4Mənbələr