“Fənərbağça”nın futbolçusu Sofyan Amrabat karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Atalanta” 28 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Berqamo klubu İstanbul təmsilçisi ilə danışıqlara başlayacaq.
Amrabat başa çatan mövsümdə “Fənərbağça”da 43 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.