AZ

"Azərbaycanın neft kəmərlərini vurmalıyıq" - İranlı ekspert...


Məcid Cavad Araz: "Hər halda, Azərbaycan hökuməti buna biganə yanaşmamalıdır, bu məsələyə qarşı bir tədbir görməlidir"

Adı və fəaliyyəti heç kimə bəlli olmayan iranlı "ekspert" Mustafa Xoşçeşm “Üfüq” telekanalının canlı yayımında Tehranın Azərbaycana qarşı bir sıra hərbi hücumlar həyata keçirməli olduğunu iddia edib.

İsrail təyyarələrinin Təbrizə Azərbaycandan gəldiyini iddia edən qərəzli "ekspert" deyib: “Azərbaycan İsrailə neft və yanacaq verir ki, onun təyyarələri gedib Qəzzəni və Livanı vursun, sonra bizim qadınların və uşaqların üstünə gəlsin, İrana bomba töksün. Azərbaycanın neft kəməri yaxınlıqdadır. Qarşımızdakı seçimlərdən biri də budur ki, bölgədəki neft və yanacaq infrastrukturunu vuraq”.

Bu cür absurd ittahamlarda bulunan qondarma ekspertlər İran televiziyasına necə yol tapır? Yəni iran televiziyaları bu qədərmi müstəqildir, yoxsa bu "ekspert" rəsmilərin ürəyincə olan, lakin dilə gətirə bilmədiyi fikirləri səsləndirir?

Baki-xeber.com-a məsələ barədə açıqlama verən politoloq Məcib Cavid Araz bildirdi ki, İranda ümumiyyətlə müstəqil media deyilən bir şey yoxdur: "Mediada nə gedirsə - xəbərlər, izahlar və şərhlər, rejimin içindən gələn mövqedir, yəni hakimiyyətin demək və eşitmək istədikləridir. Bu, hakimiyyətin tam siyasətini özündə əks etdirməsə də, ən azı hakimiyyətdəki bir qanadın fikirlərinin ifadəsidir.

Son zamanlar hakimiyyətə daha yaxın mediada və İranın dövlət televizyasında Azərbaycana qarşı fikirlər səsləndirilir. Onların dediklərinə görə, guya İsrailə məxsus bəzi döyüş təyyarələri şimaldan, yəni Xəzər dənizi və ya Azərbaycan üzərindən gəlirmiş. Belə fikirlər tez-tez İranın hakimiyyətə yaxın media orqanlarında müşahidə edilir. İran hakimiyyətində anti-türk və anti-azərbaycan instinkt var. Bunu da zaman-zaman bəyan edirlər. Deyirlər ki, biz Qətərə raket atdığımız kimi Azərbaycana da atmalıyıq. Bu bəlkə də sadəcə bir təbliğatdan ibarətdir. Amma hər halda, Azərbaycan hökuməti buna biganə yanaşmamalıdır, bu məsələyə qarşı bir tədbir görməlidir. Çunki bu, həqiqi mənada medianın deyil, hakimiyyədə olan bir qanadın mövqeyidir. Ola bilsin, həmin qanad Tehran hakimiyyətində önəmli yer tutur və İranda növbəti gərginlik yarananda onlar buna əl ata bilərlər. Hər halda, İran hakimiyyətinin beynində, məfkurəsində belə bir fikir dolanır. Onlar bunu mediaya qəsdən sızdırırlar. Hakimiyyət bunu qəsdən qızdırdığına görə də dövlət səviyyəsində cavablarını almalıdırlar".

Akif NƏSİRLİ

Seçilən
22
50
baki-xeber.com

10Mənbələr