AZ

TOGG-dan T10F Almaniya bazarına təqdim edilir

BAKI, TurkicWorld

TOGG T10F - Türkiyədən sonra ilk dayanacaq Almaniyadır.

TurkicWorld xəbər verir ki, Türkiyənin milli avtomobil layihəsi olan TOGG, yeni modeli T10F-ni bu yay satışa çıxarmağa hazırlaşır.

Daha idman üslublu və süni intellektlə təchiz edilmiş fastback dizaynlı model, ilin sonunda Almaniyada da təqdim olunacaq.

Togg-un ilk modeli T10X-in satışa çıxarılmasından iki il sonra təqdim ediləcək T10F, həm mühəndislik baxımından yenilənmiş, həm də süni intellekt sistemləri və sürücüyə yardım texnologiyaları ilə təchiz olunmuş ikinci “ağıllı cihaz” olacaq.

Yeni model TEKNOFEST Mediterranean tədbirində Adanada təqdim olunub. Avqust ayında isə mühəndislik testlərinə başlanılması planlaşdırılır. T10F-in 600 kilometr məsafə qət etməsi və SUV modelindən təxminən 80 kilometr artıq yol gedə bilməsi ilə fərqlənəcəyi bildirilir.

Togg-un yüksək lokallaşma göstəriciləri də diqqət çəkir. İlk zamanlar 51 faiz olan bu göstərici, son statistikaya görə, artıq 74,93 faizədək yüksəlib. Gemlikdəki Togg Texnologiya Kampusunda həm modul, həm də enerji paketləri istehsal olunur. Bu sahədə Togg və Farasis Energy-nin ortaq şirkəti olan Siro mühüm rol oynayır.

Qeyd edək ki, TOGG 2021-ci ildə Almaniyada “TOGG Europe GmbH” şirkətini təsis edib. Bu ilin sonunda T10X-in Avropada satışa çıxarılması, 2026-cı ildən isə T10F modelinin ixracının genişləndirilməsi planlaşdırılır.

Qeyd edək ki, Togg bu günə qədər Türkiyədə 65 min T10X modeli satışa çıxarıb və ölkədəki bütün 81 əyalətdə istifadəyə verilib. Yalnız 2024-cü ilin may ayında Togg 3678 ədəd satışla elektrikli avtomobil bazarının lideri olub.

Seçilən
8
turkic.world

1Mənbələr