AZ

Türkiyə çempionatında daha bir istefa

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyə futbolundan istefa xəbərləri heç vaxt əskik olmur. Mövsüm artıq 1 aya yaxındı, başa çatıb. Amma istefa xəbərləri gəlməkdə davam edir. Bir neçə gün öncə Burak Yılmaz ''Kasımpaşa''dan ayrıldığını açıqlamışdısa, bu dəfə istefa xəbəri Əmrə Belözoğludan gəlib. O, sosial şəbəkədəki səhifəsində vida paylaşımı edərək ''Antalyaspor''dan üzülərək ayrıldığını açıqlayıb. Maraqlıdı ki, eynilə Burak Yılmazda olduğu kimi burda da rəhbərliklə məşqçi arasında ötən həftə baş tutan görüşdə tərəflər birlikdə yola davam etməyə qərar vermişdilər. Hətta komandanın Əmrənin tələbi ilə yeni oyunçularla danışıqlara başladığı deyilirdi. Amma bir həftədən sonra göründüyü kimi vəziyyət dəyişdi. 45 yaşlı mütəxəssis bu vəzifəyə yanvarda Aleks de Souzanın istefaya göndərilməsindən sonra gətirilmişdi. 2023/24-də ''Ankaragücü''nü elitada saxlaya bilməyən Belözoğlunun burda da nəticələrinin ürəkaçan olduğunu söyləmək çətindi. Antalya klubu bu məşqçi ilə 20 oyundan yalnız 6 qələbə, 5 heç-heçə, 9 məğlubiyyətlə ayrılaraq 23 xal toplaya bildi ki, bu da hər oyuna orta hesabla cəmi 1,15 xal xal deməkdi. Hətta elitadan düşən ''Ankaragücü''də belə Əmrənin göstəriciləri bundan daha yaxşı idi (orta hesabla hər oyuna 1,32 xal). Bu iki klubdan başqa bu mütəxəssis daha öncə ''İstanbul BŞ'' (1,77) və qısa müddət ''Fənərbaxça''nı (2,3) çalışdırmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
icma.az

2Mənbələr