AZ

İranda yaşayış binasında dəhşətli partlayış: Hücum olduğu iddia edilir

Bu gün səhər saatlarında Tehranın Cənnətabad bölgəsindəki yaşayış binasında partlayış baş verib.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə iranlı jurnalist Əmirhüseyn Mirismaili “X” hesabında paylaşım edib.

O, yaşayış məntəqəsinə hücum edildiyini, eləcə də bina sakinlərinin öldüyünü yazıb. O, hazırda hadisə yerinə ETTELAAT (kəşfiyyat) qüvvələrinin cəlb edildiyini vurğulayıb.

İran polisi isə binada qaz borusunun partladığını və bir nəfərin xəsarət aldığını iddia edib.

Seçilən
21
50
editor.az

10Mənbələr