Tehran hətta ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməzdən əvvəl zənginləşdirilmiş uran ehtiyatlarının qorunması üçün Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) xüsusi tədbirlər barədə məlumat verib.
AFN.az xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi deyib. Onun fikrincə, bu ehtiyatlar Amerikanın zərbələrindən sağ çıxa bilərdi.
"Onlar "xüsusi tədbirlərin" nə demək olduğu barədə təfərrüata varmayıblar, lakin nə demək istədikləri aydındır. Güman etmək olar ki, nüvə materialları hələ də toxunulmazdır", - deyə Qrossi MAQATE-nin qərargahındakı ofisində jurnalistlərə bildirib.
Onun açıqlamasını Reuters yayıb.