AZ

Basketbol millimiz Qazaxıstanda çempion olub - FOTO

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atrau şəhərində keçirilmiş "Airom Cup" beynəlxalq turnirində çempion olub.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

U-16 yarışın son qarşılaşmalarında Qazaxıstanın "Barsy Atrau" klubuna 68:32, Rusiyanın "MBU Volqoqrad" komandasına 58:47 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamız çempionluğu bütün oyunlarını qalib başa vurub.

İdman.biz

Seçilən
52
50
idman.biz

10Mənbələr