AZ

Vadim Abdullayev: "Araz”ın yeni müqavilə təklif etməməsi gözlənilməz oldu”

"Hələ ki dəqiq heç nə yoxdur. Mən də sadəcə gözləyirəm. Təbii ki, "Araz-Naxçıvan"ın yeni müqavilə təklif etməməsi mənim üçün gözlənilməz oldu. Ancaq futbolda belə hallar da olur, heç nə edə bilmərəm”.

Bu sözləri Apasport.az saytına açıqlamasında "Araz-Naxçıvan"ın yollarını ayırdığı Vadim Abdullayev deyib.

Başa çatan mövsümə qədər komandanın kapitan sarğısını daşıyan 30 yaşlı yarımmüdafiəçi digər klublardan təklif gözlədiyini bildirib: “Əmin olduğum hər şey odur ki, nəticədə hər şey Allahın istəyi ilə baş verir. Hansı xeyirdirsə, o da olacaq. Ümidvaram ki, yaxşı olar. Yeni mövsümdən Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Çox əfsuslar olsun ki, bu qərar da yerli futbolçulara marağı, təklifi azaldır. Bununla bağlı çox danışıb arqument gətirmək mümkündür. Lakin artıq qərar verilib. Bu dəqiqə mənim üçün önəmli olan təklifin gəlməsidir. İstər Azərbaycan, istərsə də xarici klub fərq etməz. Hər şey mümkündür, görək də".

Azərbaycan millisinin baş məşqçisinin müqavilə müddəti açıqlanıb

Bakıda “Star Cup Azerbaijan – Ulduzlar Liqası” turnirinə start veriləcək

2 meydanın ot örtüyü yenilənəcək

Premyer Liqaya yüksələn klub 5 futbolçunu göndərdi

KL: “Araz-Naxçıvan” - “Aris” oyununun başlama saatı açıqlanıb

Seçilən
60
6
apasport.az

4Mənbələr