Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "ATENA" MMC-nin fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması hallarını araşdırır.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, araşdırma süd və süd məhsullarının istehsalı və satışı zamanı haqsız rəqabətə yol verilməsi ilə bağlı faktları əhatə edir.