AZ

Aİ nin növbəti sanksiyaları Putinin hərbi büdcəsinə zərbə vurmalıdır

Oxumeni.az saytına istinadən ain.az xəbər verir.

Aİ-nin növbəti sanksiyaları Putinin hərbi büdcəsinə zərbə vurmalıdır

Ukrayna Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyini gözləyir. Bunu Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa Avropa diplomatiyasının rəhbəri Kaja Kallas ilə görüşdən sonra deyib.

"Kaja Kallas ilə yaxşı görüş oldu. Biz AB-nin Rusiyaya qarşı sanksiyalar təzyiqini artırmaq üçün növbəti addımlarını müzakirə etdik. Biz onların həqiqətən güclü olacağını və Putinin hərbi büdcəsinə zərbə vuracağını gözləyirik", - Sibiqa yazıb.

Ukrayna XİN rəhbərinin sözlərinə görə, o, Kallasla Ukraynanın Aİ-yə daxil olmasının irəlilədilməsi zərurətindən də danışıb.

“Ukraynanın ilk danışıqlar klasterinin açılması üçün bütün tələbləri yerinə yetirdiyini və bir ölkənin bu prosesə mane olmasının qəbuledilməz olduğunu vurğuladım”, - deyə o əlavə edib.

Sibiqa xüsusilə müdafiə sektorunda Ukraynaya verdiyi dəstəyə görə Avropa İttifaqına minnətdarlığını bildirib. O, həmçinin bu məsələdə rəhbərlik etdiyinə görə Kallasa təşəkkür edib.

Əziz Mustafa

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

phrase_var_article.chosen
125
50
oxumeni.az

10phrase_var_article.sources