AZ

Sibiryak dan Azərbaycan millisinə gələn yol

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi kimi AFFA İcraiyyə Komitəsi tərəfindən təsdiqlənən Yevgeni Kukseviç 2025-ci ilin yanvarından həmçinin "Araz-Naxçıvan"ı çalışdırır.

İdman.biz xəbər verir ki, 53 yaşlı rusiyalı məşqçi karyerasına vətənində "Sibiryak" komandasında başlayıb, sonra həmçinin "Norilski Nikel"də işləyib.

Ən yaxşı halda hər iki klubla hərəyə bir dəfə futzal üzrə Rusiya çempionatının gümüş mükafatçısı və 2020-ci ildə "Norilski Nikel" ilə ölkə kubokunun qalibi olub.

"Araz-Naxçıvan"la Azərbaycan çempionluğunu qazanan Kukseviç həm bu klubda işini davam etdirəcək, həm də qarşıdakı bir il ərzində futzal millimizi çalışdıracaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
50
icma.az

10Mənbələr