ABŞ prezidenti Donald TrampNATO-nun Haaqada keçirilən sammitində ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrini İkinci Dünya Müharibəsi zamanı Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinin bombalanması ilə müqayisə edib.
"The Guardian" qəzeti onun sözlərini sitat gətirir: "Mən Xirosimadan nümunə kimi istifadə etmək istəmirəm, Naqasakini nümunə kimi istifadə etmək istəmirəm, amma əslində bu müharibəni başa vuran eyni şey idi".
Amerika liderinin sözlərinə görə, məhz ABŞ-nin İranın nüvə obyektlərinə hücumu İslam Respublikası ilə İsrail arasında münaqişəyə son qoyub.