AZ

İran-İsrail qarşıdurmasının pərdəarxası: Hərbi əməliyyatlar hər an  başlaya bilər

ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsinə görə, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi son zərbələr gözlənilən nəticəni verməyib. Məlumata görə, bu zərbələr İranın nüvə proqramının əsas komponentlərini məhv edə bilməyib və proqramı cəmi bir neçə ay gecikdirib. ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrinin gözlənilən nəticəni verməməsi nə ilə izah oluna bilər? Əgər hücumlar bir nəticə vermədisə, ABŞ-ın   bir anda atəşkəs elan etməsi nə ilə bağlıdır? Bundan sonra İranın nüvə proqramını davam etdirmək imkanları nə dərəcədə realdır? 
Moderator.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, ABŞ kəşfiyyatının son zərbələrin gözlənilən nəticəni verməməsi ilə bağlı bəyanatının özündə nəyi ehtiva etdiyini söyləmək çətindir. 
Onun sözlərinə görə, İranın nüvə obyektlərinə endirilən son zərbələr nüvə infrastrukturuna xeyli ziyan vurub:
 “Yox bu zərbələrdə məqsəd təkcə infrastruktutu hədəf almaq olmayıbsa və həm də zənginləşdirilmiş urana zərbələr endirmək nəzərdə tutulubsa, o zaman ABŞ ilk növbədə öz məsuliyyətsizliyini etraf etməlidir. Çünki zənginləşdirilmiş uranı hədəf almaq böyük bir arealda radiasiyaya və nəticədə böyük fəlakətlərə səbəb ola bilərdi. 
Düşünürəm ki, ABŞ özü də müvafiq nüvə obyektlərindən zənginləşdirilmiş uranın başqa yerə daşındığından xəbərdar olub və ona görə də rahat şəkildə nüvə obyektlərinə qarşı zərbələr endirib. Yəni başqa sözlə hədəf nüvə infrastrukturunu məhv etmək olub ki, buna da böyük ölçüdə nail olunub. 
Odur ki, ABŞ kəşfiyyatının İranın nüvə obyektlərinə endirilən zərbələrin gözlənilən nəticəni verməməsi ilə bağlı bəyanatı faktiki olaraq gələcək hərbi əməliyyatlara bəraət qazanmaq məqsədi daşıya bilər. 
İranın nüvə proqramını davam etdirmək imkanlarına gəldikdə isə hər nə qədər infrastruktur dağıdılsa da, nüvə alimləri öldürülsə də nüvə zənginləşdirilməsi ilə bağlı əldə edilmiş biliklər qalır və onları məhv etmək faktiki olaraq mümkünsüzdür. Bu isə o deməkdir ki, İranın istəyəcəyi halda nüvə proqramını davam etdirmək imkanları var. İndi ABŞ və İsrailin də məqsədi həmin o imkanları məhdudlaşdırmaqdan ibarətdir. ABŞ bütün imkanları ilə çalışacaq ki, İranın nüvə proqramına nəzarəti öz əlinə götürsün və danışılqar masasında bununla bağlı İrana təzyiq edəcəyi də şübhəsizdir”. 
 
Politoloq qeyd edib ki, müharibədə kimin qalb gəlməsinə gəldikdə isə mütləq qalib yoxdur. Amma bu müharibədən daha çox əziyyət çəkən ölkənin İran olduğu şübhəsizdir:
 “Nüvə və raket istehsalı obyektləri böyük ölçüdə dağıdılıb, xeyli sayda hərbi elita və nüvə alimləri öldürülüb, böyük şəhərlər, xüsusilə Tehran olduqca böyük zərər görüb, inflyasiya sürətlənib və s. Ən vacibi isə İran bu on günlük savaş müddətində müttəfiqinin olmadığını dərk edib”.
 
Mehin Mehmanqızı
 
Seçilən
24
50
moderator.az

10Mənbələr