Azərbaycan futzal millisində baş məşqçi dəyişikliyi olub.
QOL.az xəbər verir ki, Vİtali Borisovla yolları ayıran Futzal Federasiyası bu vəzifəyə əcnəbi mütəxəssis təyin edib.
"Araz-Naxçıvan"ı çalışdıran Yevgeni Kukseviç millinin yeni baş məşqçisi olub.Rusiyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Yevgeni Kukseviç bu il yanvarından "Araz-Naxçıvan"ın baş məşqçisidir.