AZ

Azərbaycanda 9 sm boy artımı vəd edən aparat... — Bu mümkündürmü?

"İnsan boyu ya genetkaya bağlıdır, ya hormonlara, ya da sümüklərə. Boy artımı bu üç səbəbdən baş verir. Görünən odur ki, bunlar aparatla insan onurğasını dartırlar. Bu üsulla insanın boyunun 9 sm uzanması mümkün deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycana gətirilən 9 sm boy artımı vəd edən aparatdan danışarkən tibbi ekspert Müşfiq Hüseynov deyib. Ekspert bildirib ki, əgər belə bir fakt varsa, onu elmi sübutlarla əsaslandırmaq lazımdır:

"Məsələn, şəkil sübütlarla ortaya qoymalıdır. Həmin aparatı incələmək lazımdır. Tutaq ki, aparat hormon vurur, onun 3-4 günə insan orqanizminə təsir etməsi qeyri-mümkündür. Lap elə hormonal iynə vurulsa belə, bu 2-3 ay müddətinə təsir göstərir. Onun da nəticəsində uzağı 1-2 sm təsir edə bilər, insan boyunun 9 sm uzanması qeyri-mümkündür”.   
 


Müşfiq Hüseynov bunu yalan məlumat hesab edir:

"Söhbət nədən gedir? Bu aparatla adamı dartıb uzadırlar, yoxsa hormonal nəsə vururlar? Hər bir halda bu yalan məlumatdır. Çünki belə bir mexanizm yoxdur”. 

Xatırladaq ki, sosial şəbəkələrdə insanların boyunun uzadılmasının mümkün olması ilə bağlı aparat reklam olunur. Seans qiyməti 100 manat olan bu aparat guya insan boyunu 9 sm uzadır. 

Seçilən
6
1
demokrat.az

2Mənbələr