Paşinyanın Ermənistanda dövlət çevrilişinə cəhdin qarşısının alınması ilə bağlı bəyanatı İrəvanın daxili işidir.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistanla, o cümlədən biznesmen Karapetyanın həbsi ilə əlaqədar vəziyyətlə bağlı təmasdadır.
Kremlin sözçüsü vurğulayıb ki, Moskva İrəvanda qanunun aliliyinin təmin olunmasında maraqlıdır.