Müğənni Səidə Sultan həmkarlarına növbəti dəfə atmaca atıb.
Moderator.az xəbər verir ki, yeni fotosunu paylaşan Səidə bəzi şou-biznes nümayəndələrinə söz atıb:
“Şou-biznesdə bəziləri, analitiksiniz, politoloqsunuz? Bekarçılıqdan… Gedin, öz işinizlə məşğul olun!”
Qeyd edək ki, müğənni daha öncə də bəzi həmkarlarını “dəstəsi 50 qəpiyə olan müğənnilər” adlandırmışdı:
"Bizim televiziya kanallarımız və ora gələn dəstəsi 50 köpüy zövqsüzlüyü təbliğ edən, qapı-qapı kanalları gəzən, bir verilişə həftədə üç dəfə çıxan, ac, gözləri doymayan efir acları.
Təklif edirəm ki, bu görməmiş efir aclarını kanallar öz işçisi kimi işə götürsünlər. Sizdə rahat-rahat gedin dincəlin. Müğənni də var ki, adam tapmayanda bir saat qalmış onu çağırırlar. Sənətlə bağlı soruşsalar səsid ə çıxmayacaq, durub baxacaq üzünə”.