AZ

Ermənistanın Qərbə xəyanəti İFŞA OLUNDU – Rusiya ilə gizli ticarət sxeminin SENSASİON DETALLARI

Ermənistanın Rusiyaya qarşı sanksiyaları pozduğuna dair gizli sxemlər ifşa edilib. Rusiyanın Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi cinayət sxemini üzə çıxarıb. Məlum olub ki, “Alrosa” şirkətində hasil edilən Rusiya almazları qanunsuz olaraq Ermənistana, birbaşa deputat-oliqarx Xaçatur Sukiasyan üçün daşınıb.

"NEWS.ru" Rusiyadan almaz qaçaqmalçılığı ilə bağlı həqiqi fiqurun kim olduğu barədə geniş material hazırlayıb.

Nəşrin bildirildiyinə görə, qara keçmişə malik olan bu deputat Ermənistanın baş naziri Nikol Paşinyanın köhnə dostu və onun "pul kisəsi" hesab olunur.

Məqalədə qeyd olunur ki, “Alrosa”dan oğurlanan qiymətli daşlar Ermənistana aparılıb və orada himayədarı, biznesmen və Milli Assambleyanın deputatı Xaçatur Sukiasyan olan “ADM Diamonds” şirkətinin müəssisələrində emal edilib. Görünən odur ki, Ermənistan Rusiyaya qarşı sanksiyaları pozmaqda davam edir.

Görəsən, Qərb yenədəmi İrəvanın bu addımlarına göz yummaqda davam edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirir ki, Qərb əvvəlki tək Ermənistana “gözün üstə qaşın var” deməyəcək:

“Ermənistan Rusiyaya sanksiyalar tətbiq edilən ilk dövrdən başlayaraq, bu sanksiyalardan yan keçməkdə hər zaman Moskvaya dəstək olublar. Bu işdə erməni siyasətçiləri iş adamları ilə birlikdə fəaliyyət göstərirlər. Bunun sübutu üçün Ermənistanın gəlirlərinə baxmaq kifayətdir.
 

Yəni Ermənistanın dövlət büdcəsi, gəlirləri və başqa sahələrdəki inkişafı məhz Rusiyaya sanksiyalardan yan keçməyə yardım etmələrinin nəticəsindədir. Ermənistanda real olaraq heç nə istehsal olunmur. Bu illər ərzində İrəvan Rusiyaya tətbiq olunan sanksiyalardan istifadə edərək, bu ölkənin müxtəlif məhsullarını öz istehsalı adı ilə ərazisindən keçirməklə müxtəlif dövlətlərə göndərib, külli miqdarda gəlir əldə edib”.


Deputat qeyd edir ki, bütün bunlar İrəvanın Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara birbaşa qarşı çıxması deməkdir:

“Qərb belə olan halda İrəvanı cəzalandırmalıdır. Amma ədalətdən dəm vuran, Azərbaycana qarşı şər-böhtan kampaniyası aparmaqla məşğul olan Qərb Ermənistanın bu əməllərinə göz yummaqda davam edir. Bunu bilə-bilə Qərb İrəvanı cəzalandırılmır. Çünki Ermənistan Qərbin ərköyün balasıdır, ona görə də onun xətrinə dəymirlər. Belə bir hərəkəti Azərbaycan etsəydi başımıza min oyun açardılar. Bu məsələlərə yanaşmada Qərbin ikiüzlü siyasətinin nəticəsidir”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
6
1
bizim.media

2Mənbələr