"Neftçi"dən ayrılan Ervin Koffinin yeni klubu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, fransalı karyerasını ölkəsində davam etdirəcək.
Müdafiəçi Liqa 2 təmsilçisi "Genqam"la anlaşıb.
30 yaşlı sağ cinah oyunçusu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Koffi 2023-cü ilin yayından “Neftçi”də çıxış edirdi. O, "ağ-qaralar"ın heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.