Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. Onlardan biri Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi Elgün Aqil oğlu Əliyevdir.

“Ulusal”ın əldə etdiyi məlumata görə, Elgün Əliyev 2024-cü ilin may ayında polkovnik-leytenant rütbəsində olub.

O, cəmi 1 il içərisində həm polkovnik, həm də general-mayor rütbəsinə yüksəlib.unikal.org

Foto 23 may 2024-cü il tarixə aiddir