ain.az bildirir, Qafqazinfo portalına istinadən.
Klublararası dünya çempionatında çıxış edən ABŞ-ın “Sietl Sounders” klubunun futbolçusu Corci Minunqu diqqət mərkəzinə düşüb.
“Qafqazinfo” xəbər verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçinin bir gözü görməsə də, o, turnirdə çıxış edir.
Belə ki, C.Minunqu 2 il öncə ağır infeksiyaya yoluxub. Nəticədə onun sol gözü görmə qabiliyyətini tamamilə itirib. Lakin futbolçu yaşıl meydanlardan uzaq qala bilməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.