AZ

Son çempion Xankəndiyə yollandı, Qarabağ Univetsitetində tələbələrlə görüşdü

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Qarabağ" klubunun futbolçuları, məşqçi heyəti və rəsmilərinin işğaldan azad olunmuş bölgələrə səfəri davam edir. Sport24.az xəbər verir ki, Ağdam komandasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində növbəti görüş Xankəndidə gerçəkləşib.

Burada da böyük marağa səbəb olan "köhlən atlar"ın kollektivi yerli sakinlərin sevgi göstəriləri ilə qarşılaşıblar. Xankəndi sakinləri futbolçu və məşqçi heyəti ilə şəkil çəkdirməyi də unutmayıblar.

Qonaqlar Qarabağ Univetsitetində yaradılmış şəraitlə yaxından tanış olub. Klub üzvləri burada tələbələrlə görüşüblər.

Görüşdə çıxış edən Qarabağ Universtetinin rektoru Şahin Bayramov "Qarabağ"ı Xankəndi şəhərində görməkdən məmnun olduğunu, belə səfərlərin tez-tez baş tutmasını arzuladığını deyib.

Ağdamlıların baş məşqçisi Qurban Qurbanov da tələbələrlə görüşdən şad olduğunu dilə gətirib, qonaqpərvərliyə görə Universtet rəhbərliyinə minnətdarlığını çatdırıb.

Qeyd edək ki, "Qarabağ" klubunun üzvləri bundan öncə Şuşa şəhər stadionunda şəhər sakinləri və Şuşa 1 saylı tam orta məktəbin şagirdləri ilə görüşüblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
2
sport24.az

3Mənbələr