"Barselona"nın doğma stadionu "Kamp Nou"ya qayıdacağı tarix müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda Kataloniya təmsilçisinin avqustun 10-da "Kamp Nou" stadionuna geri dönəcəyi bildirilib:
"Barselona" 10 avqust 2025-ci ildə öz stadionuna - "Kamp Nou"ya qayıdacağını rəsmi olaraq elan edir. Bu, daha böyük bir transformasiya layihəsinin parçası olan, yeni stadionunun qismən açılışını qeyd edəcək əlamətdar hadisədir. Qayıdış "Barselona" azarkeşləri üçün xüsusi tədbir olan Joan Qamper Kuboku zamanı baş tutacaq".
Qeyd edək ki, “Kamp Nou” stadionunun yenidən qurulması iki ildən çoxdur ki, davam edirdi.