AZ

Dneprə yeni raket hücumu – Sərnişin qatarı da vurulub

İyun ayının 25-də səhər saatlarında Rusiya ordusunun Dnepr şəhərinə və Dnepropetrovsk vilayətinə ballistik raketlərlə həyata keçirdiyi hücum nəticəsində ölənlərin sayı 17-yə yüksəlib.

Turkustan.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Sergey Lısak məlumat yayıb. Onun sözlərinə görə, hücum nəticəsində təxminən 300 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Dnepr şəhərinin meri Boris Filatov zərbə nəticəsində yaranan dağıntıların görüntülərini ictimaiyyətlə bölüşüb. Məlumata görə, raket zərbələrindən biri Odessa-Zaporojye sərnişin qatarına da dəyib. Sosial şəbəkələrdə sərnişinlərin çəkdiyi videolar yayılıb. Qatarın bəzi sərnişinləri xəsarət alıb.

Ukrayna Prezidenti Volodimir Zelenski hadisə ilə bağlı açıqlamasında bildirib ki, hücuma məruz qalan qatarda 500-dən çox sərnişin olub və 5 vaqon zərər görüb. Xoşbəxtlikdən, bu hadisədə tələfat qeydə alınmayıb.

Raket hücumu nəticəsində şəhərdə yanğın başlayıb. Hücumdan sonra şəhərin mülki infrastrukturu – məktəblər, uşaq bağçaları, yataqxanalar və yaşayış binaları da daxil olmaqla – ciddi ziyan görüb./AzPolitika.info/

Seçilən
6
1
turkustan.az

2Mənbələr