AZ

Trampın xüsusi elçisi Fordo nüvə obyektinə atılan bombaların sayını açıqladı

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Hərbi Hava Qüvvələri İranın Fordo şəhərində yerləşən nüvə obyektinə 12 ədəd bunkerə qarşı bomba atıb. Vaşinqton bu zərbələrin obyekti tamamilə məhv etdiyinə əmindir.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff "Fox News" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, 12 ədəd bunkerə qarşı bomba obyektin müdafiəsini deşərək nüvə mərkəzini vurub. Uitkoff əlavə edib ki, bu bombaların təsir radiusunda olan hər şey məhv edilib.

İyunun 22-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlamışdı. Əsas hədəf uranın zənginləşdirilməsi ilə məşğul olan Fordo zavodu olub. Həmin zavodun sentrifuqa zalı 100 metrlik qaya təbəqəsi və dəmir-betonla qorunduğundan, uzun müddət ərzində bombardmanlar üçün demək olar ki, keçilməz sayılırdı.

Bu obyekti yalnız ABŞ-nin bunkerə qarşı xüsusi bombaları məhv edə bilərdi. Mətbuatda yayılan məlumata görə, B-2 bombardmançıları Fordoya məhz bu tip bombalar atıblar. Bununla yanaşı, ABŞ-yə məxsus sualtı qayıqlar da İsfahan və Natanz şəhərlərində yerləşən nüvə obyektlərinə "Tomahawk" qanadlı raketləri ilə zərbələr endiriblər.

Donald Tramp bəyan edib ki, İranın uran zənginləşdirən əsas obyektləri tamamilə məhv edilib. Lakin İran tərəfi bu açıqlamaları rədd edərək bildirib ki, Fordo zavodu yalnız qismən zədələnib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
oxu.az

1Mənbələr