Sfera.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər, lakin bunun üçün maliyyə vəsaiti çatmır.
Zelenskinin sözlərinə görə, bütün bu potensialın təxminən 40%-i lazımi maliyyə ilə təmin olunmur.
Bu baxımdan Donald Trampın ona yenidən dəstək göstərmə ehtimalı varmı?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Sultan Zahidov ABŞ Prezidenti Donald Trampdan, eləcə də beynəlxalq institutlar və dövlətlərdən Ukrayna Prezidenti Zelenskinin maliyyə dəstəyi axtarmasının diqqət çəkdiyini deyib. Onun sözlərinə görə, bu, NATO Sammitindəki çıxışda da özünü göstərdi:
“Lakin Trampın hal-hazırda Zelenskiyə hər hansı bir ciddi dəstək verməsi real görünmür. O, Zelenskini daim ABŞ-dən heç bir qarşılıq almadan maliyyə yardımı tələb edən bir lider kimi təqdim edib. Burada əsas məsələ Ukrayna ilə son dövrlərdə imzalanmış nadir metallar haqqında sazişdir”.
Politoloq razılaşma əsasında Trampın Ukraynaya investisiya adı altında müəyyən yardım göstərmək niyyətində ola biləcəyindən bəhs edib. O qeyd edib ki, lakin əvvəlki kimi qarşılıqsız və davamlı maddi dəstək verməsi real deyil:
“Onun əsas diqqəti Ukraynaya deyil. Trampın əsas prioritetləri fərqlidir. Yaxın Şərq və Çinlə bağlı məsələlər əsas hədəfidir. Rusiya-Ukrayna münaqişəsini isə mümkün qədər tez yekunlaşdırmaqla öz siyasi mövqeyini gücləndirmək və diqqətini digər istiqamətlərə yönəltmək istəyir. Bu səbəbdən onun Ukrayna ilə bağlı mövqeyi qeyri-sabitdir, dalğalı xarakter daşıyır. Bu da həm Ukraynanı, həm də Avropa dövlətlərini narahat edən əsas məqamlardandır”.
S.Zahidov əlavə edib ki, buna görə də Avropa İttifaqında həm “abırsız Avropanın” gücləndirilməsi, həm də “abırsız Ukraynaya” dəstək verilməsi məsələsi geniş şəkildə müzakirə olunur:
"Digər tərəfdən, Trampın Rusiya ilə, xüsusilə Putin və Moskva ilə münasibətləri heç də gərgin deyil. Bu da onu göstərir ki, Tramp Rusiya ilə qarşıdurmadan qaçmağa çalışır. Bu isə ABŞ-nin Ukraynaya yardım məsələsində həlledici rol oynayacaq mühüm bir faktordur”.
Fidan Hacızadə
Sfera.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.