
Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 28-33 dərəcə isti olacaq.
İyunun 27-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 20-22, gündüz 28-33 dərəcə isti təşkil edəcək.
İyunun 28-də hava şəraiti yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-23, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.