AZ

Görün 12 günlük müharibə zamanı İranda İsrailin neçə casusu tutulub

İsraillə 12 günlük silahlı münaqişə zamanı İranın təhlükəsizlik xidməti yəhudi dövlətinə işləyən 700 casus saxlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə "Nour News" məlumat verib.

Saxlanılanlar İslam Respublikasına qarşı bir neçə cinayət törətməkdə ittiham olunurlar. Onlar əldəqayırma partlayıcı qurğular hazırlamaqda və İranın hərbi obyektlərini lentə almaqda və görüntüləri İsrail kəşfiyyatına ötürməkdə ittiham olunurlar.

Bundan əlavə, casuslar Təl-Əvivin maraqları naminə pilotsuz təyyarələr işlətməkdə ittiham olunurlar. KİV-in məlumatına görə, təkcə İranın paytaxtında yəhudi dövlətinin 10 minə yaxın PUA-sı aşkar edilərək müsadirə edilib./publika.az

Seçilən
0
3
turkustan.az

4Mənbələr