AZ

İlham Əliyevdən həmkarına təbrik

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara bu ölkənin milli bayramı – Dövlətçilik Günü münasibətilə təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, dövlətimizin başçısı məktubunda bildirib: “İnanıram ki, Azərbaycan ilə Sloveniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir”.

Azərbaycan Prezidenti əlamətdar gün münasibətilə sloveniyalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
44
qafqazinfo.az

10Mənbələr