AZ

Kredit kartlarının sayı6.2% azalıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı hesabat ilinin əvvəlinə nəzərən 562 min ədəd və ya 2.8% artaraq 20 milyon 461 min ədəd təşkil edib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, ödəniş kartlarında debet kartlarının sayı 4% artıb. Kredit kartlarının sayı isə 6.2% azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 29% artmışdır. 2025-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,074 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,053 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,016 mln. manatı POS-terminallar, 3.2 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil etmişdir. •Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 9%, POS-terminalların sayı 42.4% artmışdı

Seçilən
27
4
teleqraf.com

5Mənbələr