AZ

Süleyman Mikayılov vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun növbəti səyyar qəbulu Lökbatan qəsəbəsində keçirilib. 

"Unikal" xəbər verir ki, qəbulda rayon sakinləri, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri ilə yanaşı, müxtəlif sahələrdən olan mütəxəssislər də iştirak edib. 

Görüşdə 60-dan çox sakin müxtəlif məsələlərlə çıxış edərək, problemlərinin həlli üçün rəhbərlikdən dəstək istəyib. 

Süleyman Mikayılov sakinləri fərdi şəkildə dinləyərək, qaldırılan məsələlər barədə aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını vermiş və bir çox müraciətlər yerindəcə həll edilib. Başçı, sakinlərin qaldırdığı məsələləri diqqətlə dinləyib, dərhal tədbirlər görərək, problemlərin ən qısa zamanda aradan qaldırılmasına çalışıb. 

Qəsəbə sakinləri, hər zaman olduğu kimi, əhalinin sosial rifahının yaxşılaşdırılması və problemlərin sürətli həlli istiqamətində həyata keçirilən tədbirlərdən məmnun olduqlarını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər. 

Qəbuldan sonra, Süleyman Mikayılov Lökbatan qəsəbəsindəki digər problemləri yerindəcə qiymətləndirmiş və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti şəxslərə tapşırıqlarını verib. Bu kimi səyyar qəbul və görüşlər, sakinlərlə birbaşa ünsiyyət qurmaq və onların problemlərini sürətlə həll etmək məqsədini güdür, həmçinin yerli idarəetmənin daha da güclənməsinə xidmət edir.

Seçilən
0
1
unikal.az

10Mənbələr