AZ

Azərbaycanlı taekvondo hakimi beynəlxalq turnirə Təşkilat Komitəsinin rəhbəri qismində dəvət alıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 25 iyun, AZƏRTAC

Taekvondo Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Coşqun Nadirov Gürcüstanda keçiriləcək “IMERETI OPEN 2025” beynəlxalq taekvondo turnirinə Təşkilat Komitəsinin rəhbəri qismində dəvət alıb.

Bu barədə AZƏRTAC-a federasiyadan məlumat verilib.

26–29 iyunda baş tutacaq yarışın təşkili və idarə olunmasında azərbaycanlı mütəxəssisə üstünlük verilməsi ölkəmizin taekvondo sahəsindəki yüksək nüfuzunun göstəricisidir.

Qeyd edək ki, Coşqun Nadirov bir sıra beynəlxalq yarışlarda hakim kimi uğurla çıxış edib, peşəkarlığı ilə tanınan təcrübəli mütəxəssisdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
6
azertag.az

7Mənbələr