İngiltərədə minlərlə insanı narahat edən təhlükəli xəbər yayılıb. "Tesco", "Argos" və "B&M" kimi mağazalarda satılan bəzi "Tower" markalı "airfryer" modelləri üçün yanğın riski səbəbindən təcili geri çağırma prosesi başladılıb.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, bu cihazlar istifadədə olarkən həddən artıq qızaraq alova səbəb ola bilər.
Ölkənin Əşya Təhlükəsizliyi və Standartları Ofisi (OPSS) açıqlayıb ki, sözügedən modellər yanvar 2022 - aprel 2023 tarixləri arasında istehsal olunub. Tətbiq olunan tövsiyəyə əsasən, insanlar bu cihazlardan istifadəni dərhal dayandırmalıdır
Geri çağırılan növlər "Tower T17023", "Tower T17061BLK", "Tower T17067", "Tower T17087" modelləridir.
Qiymətləri 30–90 funt sterlinq arasında dəyişən bu modellər ölkənin müxtəlif satış nöqtələrində satılıb. Onların çoxu artıq evlərdə istifadədədir.
İstifadəçilər cihazın alt hissəsindəki model kodunu yoxlayaraq həmin geri çağırmaya aid olub-olmadığını öyrənə bilərlər. Şirkət pulsuz dəyişmə və ya pulun geri qaytarılması təklif edir.
Hələlik heç bir yanğın hadisəsi qeydə alınmayıb. Amma sosial şəbəkələrdə bəzi istifadəçilər cihazın həddindən artıq qızmasından şikayət ediblər.