AZ

İyulun 1-dən bu şəxslərin müavinət və təqaüdləri artacaq

Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, 2025-ci il iyulun 1-dən etibarən sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə verilən aylıq ödənişlərin məbləğləri artırılır.

Publika.az xəbər verir ki, bu dəyişikliklər aztəminatlı ailələrdən tutmuş şəhid ailələrinə, əlilliyi olan şəxslərdən fəxri ad sahiblərinədək geniş əhali qrupunu əhatə edir.

Artımlar aşağıdakı şəxsləri əhatə edir:

Əlilliyi olan şəxslər üçün sosial müavinətlər:

81-100% əlillik: 300 manat

61-80% əlillik: 250 manat

31-60% əlillik: 180 manat

Aşağıdakı şəxslərə aylıq sosial müavinət:

Ailə başçısını itirmiş şəxslərə: 140 manat

Hərbi qulluqçuların uşaqlarına: 140 manat

Valideynlərini itirmiş uşaqların qəyyumlarına: 140 manat

Aztəminatlı ailələrə (1 yaşa qədər uşaq üçün): 140 manat

Beş və daha çox uşağı olan analara (hər uşaq üçün): 140 manat

Övladlığa götürülmüş uşağa görə: 240 manat

18 yaşadək əlilliyi olan uşaqlara görə (himayədar ailədə):

0-6 yaş: 500 manat

7-13 yaş: 600 manat

14-18 yaş: 650 manat

Uşağın anadan olmasına görə birdəfəlik müavinət: 600 manat

Dəfn üçün müavinət: 600 manat

Seçilən
3
23
publika.az

10Mənbələr