AZ

Ötən gün 50 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq məhv edilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 24-də ümumi çəkisi 48,7 kiloqramdan artıq narkotik vasitə, 17 ədəd psixotrop tərkibli həb, kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 1,5 tona yaxın çəkidə 13667 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Operativ Media xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Seçilən
15
9
operativmedia.az

10Mənbələr