AZ

Ermənistan müxalifəti hakimiyyəti ələ keçirmək istəyib

Ermənistanda dövlət çevirilişinin qarşısı alınıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistan Respublikası İstintaq Komitəsinin bəyanat yayıb.

“Müqəddəs mübarizə” adlanan hərəkatın iştirakçıları və rəhbərləri Ermənistan Respublikasında terror aktları və Ermənistanda hakimiyyəti ələ keçirməyə yönəlmiş aksiyalar keçirməyi planlaşdırıblar.”

Hazırda Daşnaksütyun partiyasının fəallarının və bəzi parlament deputatlarının evlərində və ofislərində axtarışlar aparılır.

Polis və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları “Müqəddəs savaş” hərəkatının lideri Baqrat Srbazanın evində də axtarış aparırlar.

Ermənistanın baş naziri Nikol Paşinyan buna “Facebook” səhifəsində münasibət bildirib:

“Hüquq-mühafizə orqanları “kriminal-oliqarx-kilsə” dairələrinin Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək məqsədilə həyata keçirdikləri irimiqyaslı və çirkin planın qarşısını alıb”.

Seçilən
34
veteninfo.az

1Mənbələr