AZ

İran parlamentinin komitəsi MAQATE ilə əməkdaşlığı dayandıran qanun layihəsini təsdiqləyib

Öarlament komitəsi ABŞ və İsrailin İran ərazisinə təcavüzü ilə bağlı BMT-nin nüvə nəzarəti orqanının hərəkətlərinə cavab olaraq, İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığını dayandırmaq məqsədi daşıyan qanun layihəsinin konturunu təsdiqləyib....

Poliqon bubarədə"Mehr" nəşrinə istinadən xəbər verir.

Parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sözçüsü Ebrahim Rezaeinin sözlərinə görə, plan bazar ertəsi iclasda təfərrüatları nəzərdən keçirdikdən sonra qanunvericilər tərəfindən təsdiqlənib.

Qanun layihəsi təsdiq olunarsa, hökumətdən Tehrana agentliyin peşəkar davranışına dair maddi təminat verilənə qədər MAQATE ilə əməkdaşlığı dayandırmağı tələb edəcək.

Rezaei deyib ki, İran bu plana əsasən nüvə obyektlərində kameraların quraşdırılması, təftişlərin aparılması, müfəttişlərin içəri girməsinə icazə verilməsi və ya bütün nüvə obyektlərinin təhlükəsizliyi təmin olunana qədər agentliyə hesabatların təqdim edilməsində əməkdaşlıq edə bilməz.

İran mediası yazır: "Bu qərar ABŞ-ın beynəlxalq hüququ, o cümlədən BMT Nizamnaməsini pozaraq İranın bir sıra nüvə obyektlərinə zərbələr endirməsindən sonra verilib".

Xatırladaq ki, İran və İsrail arasında atəşkəs əldə edildikdən sonra MAQATE-nin baş direktoru Rafael Qrossi İranın xarici işlər naziri Abbas Əraqçiyə məktub yazaraq ondan görüş istəyib və agentliyin Tehranla əməkdaşlıq etməsinin vacibliyini bildirib.

Poliqon.info 

Seçilən
4
poliqon.info

1Mənbələr