AZ

ABŞ-nin İsraildəki səfirliyi fəaliyyətini bərpa edib

Bakı. Trend:

ABŞ-nin İsraildəki səfirliyi iyunun 25-dən etibarən fəaliyyətinibərpa edib.

Trend xəbər verirki, bu barədə diplomatik missiyanın rəsmi “X” səhifəsindədeyilir.

“İsraillə İran arasında atəşkəslə əlaqədar, Daxili CəbhəKomandanlığı bütün məhdudiyyətləri ləğv edib və ABŞ səfirliyiiyunun 25-də, çərşənbə günü adi rejimdə öz fəaliyyətini bərpaedib”, - məlumatda bildirilir.

ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi də öz sosial şəbəkəhesabında səfirliyin açıldığını diqqətə çatdıraraq, normalfəaliyyətə qayıtmalarına şad olduqlarını vurğulayıb.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İranakütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranınnüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, havahücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb.Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənayeobyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvəobyektinə zərbələr endirib.İyunun 24-də ABŞ prezidenti DonaldTrampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elanedilib.

Məqalədə:
Seçilən
35
50
az.trend.az

10Mənbələr