AZ

Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda bir yaşadək uşaqlar arasında ölüm halları azalıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə 1420 körpə həyatını itirib.

Belə ki, 2023-cü ildə bu rəqəm 2039 olub. Ötən il körpələr ən çox (735 körpə) perinatal dövrdə meydana çıxan bəzi hallardan vəfat ediblər.

2024-cü ildə 178 körpə tənəffüs sistemi xəstəliklərindən, 101 uşaq anadangəlmə anomaliyalardan (inkişaf qüsurları) deformasiyalar və xromosom pozğunluqlarından, 47 uşaq bəzi infeksion və parazitar xəstəliklərdən, 12 uşaq isə travmalar, zəhərlənmələr və digər xarici səbəblərdən dünyasını dəyişib.

Aytac Bəhruzqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
50
modern.az

10Mənbələr