AZ

Hollandiya Ukrayna ilə 600 min pilotsuz uçan aparat istehsal etmək barədə razılığa gəlib

Ukrayna şirkətləri Hollandiya ilə ümumi dəyəri təxminən 500 milyon avro olan 600 min pilotsuz uçan aparat istehsalı üçün müqavilələr imzalayıb. 

Banco.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Ruben Brekelmans məlumat verib .

Avropa ölkəsinin hərbi departamentinin rəhbəri partnyor şirkətlərin adlarını, konkret hansı pilotsuz təyyarələrin və nə vaxt istehsal ediləcəyini açıqlamayıb.

Ölkələr qabaqcıl dronları inkişaf etdirmək və uğurlu prototiplərin istehsalını sürətləndirmək üçün birlikdə çalışacaqlar. 

Mart ayında Krallığın Baş naziri Dik Şoff 2026-cı il üçün Ukraynaya 3,5 milyard avro məbləğində növbəti yardımın ayrılacağını açıqlamışdı.

Bundan əvvəl Norveçin NASAMS hava hücumundan müdafiə sistemlərini istehsal edən Kongsberg Defence & Aerospace müdafiə şirkəti Ukrayna sənayesinin iki əsas nümayəndəsi ilə pilotsuz təyyarələrə və pilotsuz suüstü gəmilərə qarşı istifadə oluna bilən ucuz, irimiqyaslı zenit-raket komplekslərinin hazırlanması və təchizatı üçün müqavilələr bağladığını elan edib.

Razılıq Konqsberqin prezidenti Eirik Linin Kiyevə səfəri zamanı əldə olunub. İnkişaf NASAMS sistemləri ilə inteqrasiya olunacaq və şirkət böyük həcmdə tədarüklər gözləyir.

Seçilən
0
1
banco.az

2Mənbələr