AZ

16 yaşlı qızı qaçıran axund işdən çıxarıldı

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.


Manset.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qurumdan verilən açıqlamada bildirilir ki, Turab Tahirovun vəzifədən azad olunması barədə əmr "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın 8.1.9-cu bəndinə uyğun olaraq imzalanıb.

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın 8.1.9-cu bəndində göstərilir ki, din xadimi mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə, din xadiminin fəaliyyətinə zidd hərəkətlərə yol verdiyi halda tutduğu vəzifədən uzaqlaşdırıla bilər", - açıqlamada deyilir

Qeyd edək ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbə məscidinin axundu Turab Əliqan oğlu Tahirov məsciddə Quran kurslarında iştirak edən 16 yaşlı qız qaçırıb.

Seçilən
1
34
manset.az

10Mənbələr