AZ

Xərçəng xəstələrinin sayı durmadan artır:Niyə? - VİDEO


Son illər Azərbaycanda xərçəng xəstələrinin sayında artım müşahidə olunur. Bu artımın səbəbləri sırasında qeyri-sağlam qidalanma, ətraf mühitin çirklənməsi və erkən diaqnostikanın zəifliyi önə çıxır. 2023-cü ilin məlumatına görə, ölkədə 56 mindən çox aktiv xəstə qeydə alınıb.

Medicina.az xəbər verir ki, Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında "Xərçəng xəstələrinin sayı niyə çoxalıb?" - sualı ilə sorğu keçirib.

Vətəndaşlar da bu xəstəliyə tutulanların sayındakı artımın əsas səbəbini qeyri-sağlam qidalanma ilə əlaqələndiriblər.

"Ziyanlı qidalar, stres onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayını artırır. Əlavə olaraq gənclər telefondan, kompüterdən həddindən artıq istifadə etdikləri üçün şüalanmaya çox məruz qalırlar", - deyə sakin bildirib.

Ətraflı videomaterialda:




Seçilən
33
43
medicina.az

8Mənbələr