Abşeron rayonunun Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsi, 28 ünvanını sakinləri küçə itləri ilə bağlı ciddi narahatlıq keçirirlər.
Onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək aidiyyəti qurumlardan kömək istəyiblər.
Qəsəbədə baş vermiş hadisə narahatlığın əsassız olmadığını bir daha göstərib. Sakinlərdən biri - Rəfiqə Hüseynova küçə itlərinin hücumuna məruz qalıb:
"Nəvəmlə mağazaya gedirdik. Uşaq dedi ki, it var. Birdən üstümə hücum etdi, qolumdan dişlədi. Burada küçə itləri çoxdur. Şükürlər olsun ki, nəvəmin üstünə cummadı, yoxsa özümü bağışlaya bilməzdim", - zərərçəkən bildirib.
Ətraflı süjetdə: