AZ

ABŞ İranın nüvə proqramını heç bir itki vermədən məhv etdi - Vens

ABŞ İranın nüvə proqramını heç bir Amerika itkisi olmadan məhv edib.

Ucnoqta.az xəbər verir ki, bunu NBC News-un məlumatına görə, ABŞ-nin vitse-prezidenti J.D.Vens Ohayoda Respublikaçılar Partiyasının şam yeməyində deyib.
"Bunun uzanan münaqişəyə çevrilə biləcəyindən narahat olan amerikalılar üçün düşünürəm ki, prezident bunu çox tez həll etdi. Biz nəinki İranın nüvə proqramını məhv etdik, həm də bunu heç bir Amerika itkisi olmadan etdik", - Vens bildirib.

Vens qeyd edib ki, bu, “güclü liderlik” və “Tramp doktrinası”na sadiqlik sayəsində mümkün olub.

"Mənim Tramp doktrinası adlandırdığım şey olduqca sadədir. Birincisi, siz Amerikanın marağını aydınlaşdırırsınız. İkincisi, siz problemi aqressiv və diplomatik yolla həll etməyə çalışırsınız. Üçüncüsü, problemi diplomatik yolla həll edə bilməyəndə, onu həll etmək üçün böyük hərbi gücdən istifadə edirsiniz, sonra isə münaqişə uzanmazdan əvvəl oranı tərk edirsiniz", - ABŞ vitse-prezidenti izah edib.

Seçilən
3
ucnoqta.az

1Mənbələr