İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Borna News” agentliyi məlumat yayıb.
Məlumata görə, Rəşid Əslami və Rezvanpur Fotuhi İsrailin İranın Qəzvin əyalətindəki qərargahına endirdiyi zərbə nəticəsində həlak olublar.